Novruz bayramı münasibətilə tədbir keçirilib


21.07.2018

17 martda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Novruz bayramı münasibətilə tədbir keçirilib.
Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu tədbiri açaraq öncə Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu bayram, həmçinin sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır.
Sonra akademik M.Nağısoylu bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə institut əməkdalarını təbrik edib.