Qədim dillər üzrə biblioqrafiya
30.03.2018
Biblioqrafiyada qədim dillərin tədqiqi və tədrisi üçün lazım olan mənbələrin və zəngin elmi ədəbiyyatın siyahısı verilmişdir. Dilçi alimlər, doktorantlar və magistrantlar üçün tərtib edilmiş biblioqrafiya sanskrit, iber, alban dillərini, Şumer, Elam, Akkad, Assur, Xett, Xatti və s. mixiyazılı abidələri əhatə edir. Biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşları tərəfindən hazırlanmışdır.