Qədim dillər üzrə biblioqrafiya
21.07.2018
Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 375 səh.
Biblioqrafiyanı tərtib edənlər: Fil.ü.e.d. İlhami Cəfərsoy, Fil.ü.e.d. İlham Tahirov, E.i. Günel Orucova, E.i. Aysel Əhmədova, E.i. Rəxşanə Babazadə
Biblioqrafiyada qədim dillərin tədqiqi və tədrisi üçün lazım olan mənbələrin və zəngin elmi ədəbiyyatın siyahısı verilmişdir. Dilçi alimlər, doktorantlar və magistrantlar üçün tərtib edilmiş biblioqrafiya sanskrit, iber, alban dillərini, Şumer, Elam, Akkad, Assur, Xett, Xatti və s. mixiyazılı abidələri əhatə edir. Biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşları tərəfindən hazırlanmışdır.
Biblioqrafiya qədim dilləri öyrənən doktorant və magistrantlar və ümumiyyətlə linqvistik tədqiqatla məşğul olan alimlər üçün nəzərdə tutulmuşdur.
Sanskrit dili üzrə biblioqrafiyanı fil.ü.e.d. İlham Tahirov, Urartu, alban, H' ay və iber dilləri üzrə fil.ü.e.d. İlhami Cəfərsoy, pəhləvi dili üzrə fil.ü.f.d. Günel Orucova, qədim Kiçik Asiya dilləri, elam, akkad və assur dilləri üzrə elmi işçi Aysel Əhmədova, şumer dili üzrə elmi işçi Rəxşanə Babazadə hazırlamışdır.